Deputat Ramin Məmmədovun səlahiyyətlərinə xitam verilməsi barədə YENİ XƏBƏR
01 may 2024 14:15 (UTC +04:00)

Deputat Ramin Məmmədovun səlahiyyətlərinə xitam verilməsi barədə YENİ XƏBƏR

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, iclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatıdır.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Eyni zamanda deputat özü imtina etdikdə, mandatından məhrum edilir.

Beləliklə, Mərkəzi Seçki Komissiyası qeyd olunan əsasları nəzərə alıb, qanunvericiliyə uyğun olaraq Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edəcək.

# 2586
avatar

Oxşar yazılar