Çingiz Qənizadə deputatlığa NAMİZƏD OLACAQ  - AÇIQLAMA
14 may 2024 13:44 (UTC +04:00)

Çingiz Qənizadə deputatlığa NAMİZƏD OLACAQ - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb ki, qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır, seçkilərin müddəti isə önə çəkilə bilər. 

Onun sözlərinə görə, hazırda parlament seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir. Bu növbədənkənar seçkilərdə kimlərin iştirak edəcəyi isə cəmiyyətdə kifayət qədər maraq oyadır.  

Parlament seçikilərində iştirakı ilə bağlı Lent.az-a açıqlama verən hüquqşünas Çingiz Qənizadə deputatlığa namizəd olacağı ilə bağlı niyyətini açıqlayıb:

"Bəli, parlament seçkilərində iştirak etmək niyyətindəyəm. Deputatlığa namizədliyimi  hansı dairə üzrə verəcəyimi isə indidən deyə bilmərəm. Çünki mən YAP-ın üzvüyəm, partiyanın məsləhəti ilə olmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Fidan İlqar

Oxşar yazılar