Sərdar Cəlaloğlu: “İctimai Palatanın cəmiyyətə verdiyi mesaj demokratiyaya xidmət etmir”
0
0
Sənədin ortaya çıxarılmasında əsas niyyət odur ki, Azərbaycanda iki qütblü siyasi sistem yaransın, onun bir qütbündə hakimiyyət, digər qütbündə isə mütləq AXCP və Müsavat dayansın”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, AXCP və Müsavat bu sənədi hazırlamaqla faktiki olaraq, Azərbaycandakı siyasi mühiti daraltmaq və onu hakimiyyət və özləri ilə məhdudlaşdırmağı planlaşdırıb. S. Cəlaloğlu deyib ki, Azərbaycan kimi demokratiyaya tam keçid etməmiş dövlətdə iki partiyalı sistemə keçmək demokratiyaya xidmət etmir.
ADP sədrinin sözlərinə görə, İctimai Palatanın cəmiyyətə verdiyi mesaj demokratiyaya xidmət etmir: “Bunlar deyir ki, biz sessiyalarda açıq müzakirələrə imkan versək, bu, anarxiyaya gətirib çıxara bilər. Bu, artıq demokratiyanın boğulması üçün iqtidarın əlində yeni bir fakt verməkdir. Guya İctimai Palatanın 30 nəfərlik sessiyasında 2 nəfər durub artıq çıxış eləsə, bu anarxiyaya gətirib çıxaracaq”.
S. Cəlaloğlu bildirib ki, “Yol Xəritəsi”ndəki müddəalar yalnız hakimiyyət dəyişikliyinə aparır: “Biz əvvəl cəmiyyəti dəyişməliyik. Cəmiyyət dəyişməsə, hakimiyyətlərin bir-birini əvəzləməsi Azərbaycan xalqına heç nə vəd edə bilməz. Buna görə də, ilk növbədə cəmiyyətin dəyişməsinə gətirib çıxaran islahatları müdafiə etməliyik. Yoxsa, Azərbaycan elə bu cür də qalacaq”.
Anar GƏRAYLI