AXCP 22 illiyini keçirməyə yer tapdı
Bu barədə Lent.az-a məlumat verən AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib ki, bu gün partiyanın Rəyasət Heyəti bununla bağlı fövqəladə toplantı keçirib. N. Ədilov deyib ki, əvvəlcədən tədbirin “Təbriz” kinoteatrında keçirilməsi planlaşdırılsa da, kinoteatrın rəhbərliyi son anda AXCP-yə yer verməkdən imtina edib.
Bu gün isə Rəyasət Heyəti toplanıb və sabahki tədbirin harada keçirilməsi ilə bağlı müzakirə aparıb. Rəyasət Heyəti sabahki tədbirin Azərbaycan Demokrat Partiyasının qərargahında keçirilməsi ilə bağlı qərar qəbul edib.
Tədbir iyulun 16-da saat 11-də başlayacaq.
Məlumata görə, tədbirə 500 nəfərə yaxın qonaq, o cümlədən diplomatik korpusların təmsilçiləri çağırılıb.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi 1989-cu ildə Əbülfəz Elçibəyin rəhbərliyi ilə yaradılıb.
Anar GƏRAYLI

464