Ərdoğan 7 nazirlə vidalaşdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni hökumətdə əvvəlki hökumətdə təmsil olunan 7 nazir yer almayıb.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, öncəki hökumətlə dövlət naziri və baş nazirin müavini postunu tutan Cəmil Çiçək hazırda parlament sədridir.
Öncəki hökumətdə müdafiə naziri olan Vecdi Könül, təhsil naziri Nimet Çubukçü, dövlət naziri Faruk Nafiz Özak və inşaat və məskunlaşdırma naziri Mustafa Demir də postlarını itiriblər.
Bundan əvvəlki hökumətdə dövlət nazirləri olan Selma Aliye Kavaf və Mehmet Aydın son parlament seçkilərində AKP tərəfindən namizədlikləri irəli sürülmədiyi üçün onların yenidən nazir təyin edilməmələri isə gözlənilməz olmayıb.

483