İctimai Palata üzvlərindən bir-birlərinə qarşı sərt ittiham - YENİLƏNİB
“İctimai Palatanın sessiyasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Xaliq Bahadırın mövqeyinin AXCP-nin mövqeyini ifadə etmədiyini bildirdi. Xaliq Bahadır Müsavat Partiyasının 12 mart mitinqinin hakimiyyətin sifarişi ilə keçirildiyini hansı əsasla söyləyir, bu, onun öz problemdir. Amma hamıya məlumdur ki, indiyədək Azərbaycanda hakimiyyətlə heç bir danışığa getməyən, hakimiyyətin heç bir təklifini qəbul etməyən yeganə partiya Müsavat Partiyasıdır. İndiyə qədər Müsavat Partiyasının adına heç bir ləkə yapışdıra bilməyiblər”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, X. Bahadırın İctimai Palatanın iyunun 27-də keçirilən sessiyasında dedikləri onun şəxsi mülahizələridir: “Onun dedikləri heç bir fakta əsaslanmır. Faktı varsa, qoysun ortaya. Əgər faktı yoxdursa, mən başqa şey güman edə bilərəm. Güman edə bilərəm ki, Xaliq Bahadır özü kiminsə tərəfindən idarə olunur. Güman edə bilərəm ki, axırıncı mitinqdə döyüldükdən sonra Xaliq Bahadır xeyli geriyə çəkilib və bu, hakimiyyət qarşısında götürdüyü hansısa öhdəliklə bağlıdır. Ancaq bunlar gümandır. Çünki əlimdə fakt olmadığı üçün ciddi adam olaraq bunları fakt kimi söyləyə bilmirəm. Xaliq Bahadır isə öz gümanını fakt kimi söyləyirsə, bu, artıq onun öz problemdir”.
İctimai Palatanın (İP) və AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır isə APA-ya açıqlamasında G. Aslanlının, Müsavat Partiyası və AXCP funksionerlərinin ünvanına bir sıra ittihamlar səsləndirib: “Mən dediyimin üstündə dururam. Gülağa Aslanlının da, başqalarının da əgər kişiliyi varsa, gerçəyə qulluq edirlərsə, dediklərinin üstündə dursunlar. Kişi kimi desinlər ki, Xaliq Bahadır öhdəlik götürüb, daha nala-mıxa vurmasınlar. Mənim necə öhdəlik götürdüyüm bəllidir. Mən vuruşuram, sonadək də vuruşacağam. Məni polis idarəsində döyənlər, söyənlərlə bağlı cinayət işi açdırmışam, iş məhkəməyə gedəcək. Burada da olmasa, Avropa Məhkəməsinə gedəcəyəm. Gülağa Aslanlı partiyası ilə bir yerdə törətdikləri əməllərə cavab versin. Hər şeyi onlar elədilər. Onlar İctimai Palatanı bu yerə gətirib çıxardılar. Bu, hamının gözü qabağında olub. Bu il fevralın 26-da Arif Hacılı durmadan bağırırdı ki, martın 12-si mitinq olmalıdır. Baxmayaraq ki, həmin vaxt İctimai Palata yeni-yeni formalaşdırılırdı. Konkret gün də demişdi. Bunu Xaliq Bahadır eləmirdi ki? Görünür, Müsavat Partiyası ilə mənim savaşım başlayacaq. İctimai Palatanın yığıncaqlarında, başqa-başqa toplantılarda gerçəkləri dilə gətirmişəm, Müsavat Partiyası az qala hamılıqla ayağa qalxıb, məni tribunadan düşürməyə çalışıb. Bunlar hansı demokratiyadan danışırlar? Bunlar bu ölkəyə hansı hökuməti, hansı quruluşu gətirəcəklər? Bunların baxışı belədir ki, bir tənqid belə ola bilməz, ancaq tərifləmək olar. Onda gedib bu hakimiyyətlə işləsinlər də, niyə işləmirlər? Niyə bu xalqı aldadırlar?”
X. Bahadır deyib ki, indiki halda mitinqlər davam etdirilməməlidir: “Mənim radio efirində Arif Hacılı ilə debatım olub. Mən orada çoxlu sayda fakt, arqument gətirmişəm ki, erkən mitinqlərə getməməliyik, erkən mitinqlər bizi uğursuzluqlara aparacaq. Elə olmadımı? Bunların bir abrı-həyası olsun, gerçəyi görsünlər. Məni düşünməsinlər, lap “şpion”, “agent” adlandırsınlar, ancaq partiyalarının 18 ildə gördüyü bir işi ortaya qoysunlar. İndiyədək nə birlik olub, hamısını Müsavat Partiyası parçalayıb, dağıdıb. Bundan danışsınlar. Bir il əvvəl Rauf Arifoğlunun qəzeti başda olmaqla, hamısı üstümə töküldü ki, Xaliq Bahadır hakimiyyətin məkrli planlarına qulluq edir, deyir ki, Müsavat Partiyası AXCP ilə bir partiyada birləşməyəcək. Bəs nə oldu? Rauf Arifoğlu mənim verdiyim proqnozlara uyğun olaraq seçkiyə qədər bir təbliğat apardı - iki partiyanın birləşməsi təbliğatını, seçkidən sonra tamamilə başqa təbliğat – antibirlik təbliğatını... Necə olur, bunlar hamısı demokratdır, ancaq Xaliq Bahadır hakimiyyətin məkrli planlarına qulluq edir? Abırları, həyaları olsun, ortaya bir fakt qoysunlar ki, Xaliq Bahadır da filankəslər kimi bu hakimiyyətdən “Jeep” alıb, villa alıb, qəzet çıxarmağa pul alıb. Ortaya fakt qoysunlar, boş-boş danışmasınlar”.
AXCP funksioneri bildirib ki, İctimai Palatanın sonuncu sessiyasındakı çıxışının təmsil olunduğu partiyanın mövqeyi sayıb-sayılmaması onu maraqlandırmır: “Mən demokratik düşüncəli, bütün varlığımla, bütün ideyalarımla, baxışlarımla milli maraqlara bağlı adamam. Kimin məni hansı partiyadan, hansı qurumdan saydığı məni maraqlandırmır. Onların mövqeyi mənim vecimə deyil. Qoy Fuad Qəhrəmanlı da, başqaları da son bir ildə baş verənləri bir daha vərəqləsinlər. Keçən ilin yayında mənə qarşı çıxanlardan biri də Fuad Qəhrəmanlı idi. O, indi uduzmuş bir adamdır. Keçən yay tapşırıqla mənə qarşı çıxanlardan biri də Nurəddin Məmmədlidir. O da uduzmuş adamlardan biridir. Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı nə vaxt ayılacaqlar, nə zaman gerçəyi-doğrunu axtaracaqlar, bilmirəm. Xaliq Bahadırın düşüncələri AXCP-nin düşüncələri deyil, AXCP-nin düşüncələri ortadadır da. Nə vaxta qədər belə olacaq? Son bir ildə mənim dediklərimin hamısı olub. Mən falçı deyiləm, mən analitikəm. Heç əvvəlki illəri demirəm, son bir ildə deyilənləri götürün. Görün, Xaliq Bahadırın dedikləri olub, yoxsa Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli, Arif Hacılı və Rauf Arifoğlunun?”
X. Bahadır İP-də alternativ çıxışların yaxşı qarşılanmadığını, bu səbəbdən də ola bilsin bu qurumu tərk edəcəyini deyib: “Bu gedişlə mən orada çox qalan deyiləm. Ya İctimai Palata özünü dəyişməlidir, ya da mən oradan gedəcəyəm. Mən heç bir partiyadan, qurumdan asılı adam deyiləm, mən Xaliq Bahadıram. Bütün varlığımla millətimə, milli maraqlara bağlı adamam. Mən nə Gülağa Aslanlıyam, nə də başqası. Bir çoxu kimi seçkiyə qol çəkməmişəm, seçki oyunu oynamamışam. Mən bu hakimiyyətdən mandat alıb hansısa danışıqlarla parlamentdə oturmamışam. Bunlar hamısı ortadadır”.
İP Koordinasiya Şurasının üzvü, “Yeni Müsavat” qəzetinin sahibi və baş redaktoru Rauf Arifoğlu X. Bahadırın onun barəsində dediklərinə münasibəti qısa olub: “Xəstə, problemləri olan adamdır. Bir müddət əvvəl təklif eləmişəm ki, onun bu cür açıqlamalarına AXCP rəhbərliyi münasibət bildirsin və bildirməlidir də...”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında Xaliq Bahadırın dediklərinin AXCP-nin deyil, onun öz şəxsi fikirləri olduğunu bir daha təkrarlayıb: “AXCP onun dediklərini bölüşmür. Mən bunu İctimai Palatanın sessiyasında da dedim. Bu cür fikirlər İctimai Palatanın fəaliyyətinə, birgə əməkdaşlıq imkanlarına xələl gətirir. O baxımdan, Xaliq Bahadırın məlum fikirlərini zərərli hesab edirik. Ona tövsiyəmiz budur ki, ehtiyac olmayan, əsassız fikirlərdən çəkinsin. Bir müddət öncə Xaliq bəyə AXCP Rəyasət Heyətinin xəbərdarlığı da olub”.
F. Qəhrəmanlı X. Bahadıra qarşı mübarizə və müharibə aparmadığını da deyib: “Sadəcə, onun səsləndirdikləri fikirləri bölüşməmişəm”.
“Martın 12-də mitinq Müsavat Partiyası tərəfindən keçirilmişdi. Həmin mitinqdə iştirak edən partiya rəhbərliyindən bir neçə nəfər isə hazırda həbsdədir. Buna görə də, hesab edirəm ki, Xaliq Bahadırın İctimai Palatanın sessiyasında səsləndirdiyi fikirlər onun şəxsi mülahizələridir”.
Bu sözləri Lent.az-a açıqlamasında İP Koordinasiya Şurasının keçmiş üzvü Pənah Hüseyn deyib. O, İP üzvü, AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın İP-in son sessiyasında “12 mart mitinqi hakimiyyətin xeyir-duası ilə keçirilib. Hakimiyyət İP-i erkən mitinqlərə cəlb etməklə tələyə saldı” sözlərinə münasibət bildirib. Pənah Hüseyn deyib ki, Xaliq Bahadırla münasibətlərinin vəziyyəti hər kəsə bəlli olsa da, hesab edir ki, həmin mitinqin təşkilatçı və iştirakçılarının həbsdə olduğunu indiki halda ağlı başında olan heç bir adam belə bir fikir səsləndirməz.
AXCP sədrinin müavini Nurəddin Məmmədli ona qarşı sürülən ittihamlara münasibət bildirməkdən imtina edib.

593