Xocalı soyqırımı Gürcüstanda da anılacaq
19 fevral 2011 17:10 (UTC +04:00)

Xocalı soyqırımı Gürcüstanda da anılacaq

Azərbaycanlıların Mədəniyyət Mərkəzi Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsini nəzərdə tutur.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyevanın Lent.az-a verdiyi məlumata görə, tədbirdə Gürcüstanın dövlət və qeyri dövlət rəsmiləri, Gürcüstan parlamentinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ictimaiyyətin və KİV nümayəndələri, Gürcüstanın ali və orta təhsil ocaqlarında təhsil alan tələbələr, müəllimlərin iştirakı gözlənilir. Görüş iştirakçılarına Xocalı faciəsinin ildönümü ilə bağlı müxtəlif dillərdə hazırlanmış bukletlərin paylanılması, “Xocalıya ədalət” kampaniyası çərçivəsində vebportalla tanışlıq, foto və kitab sərgisinin təşkili, sənədli filmlərin nümayiş olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar