Bu gün Naxçıvanda Konstitusiya dəyişikliyi olacaq
30 iyul 2009 17:00 (UTC +04:00)

Bu gün Naxçıvanda Konstitusiya dəyişikliyi olacaq

Muxtar Respublikanın parlamentinin iclası keçiriləcək

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü çağırış yeddinci sessiyası keçiriləcək.

Lent.az-ın məlumatına görə, sessiyanın müzakirəsinə 2009-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, 2008-ci il dövlət büdcəsinin icrasının təsdiqi, muxtar respublikanın Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi, “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanuna dəyişiklik edilməsi, Ali Məclis sədrinin fərmanlarının təsdiq edilməsi məsələləri çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar