BƏƏ-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
30 dekabr 2010 18:12 (UTC +04:00)

BƏƏ-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov dünyanın müxtəlif ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlıların milli birliyinin və həmrəyliyinin gücləndirilməsində, onların azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsində, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında və inkişafında sabiq prezident Heydər Əliyevin xidmətlərindən danışıb.


Türkiyə diasporunun nümayəndəsi Haldun Zirkli də Heydər Əliyevin Azərbaycanın Türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsindəki əməyini qeyd edib və onun “Bir millət iki dövlət” kəlamını xatırladıb. Tədbirdə türk diasporunun təmsilçiləri ilə yanaşı İraq türkmənləri, yerli və başqa ərəb xalqlarının nümayəndələri, digər qonaqlar iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi “Biz 50 milyonluq xalqıq” sənədli filmi qonaqlara nümayiş etdirilib.


Qeyd edək ki, Dubayda çıxan “Al-Bayan” qəzetində “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş müsahibəsi dərc olunub. “Azərbaycanlılar Həmrəylik Gününü qeyd edir” başlıqlı müsahibədə bildirilir ki, BƏƏ-də yaşayan azərbaycanlılar hər il bu bayramı böyük sevinclə qeyd edirlər. Samir İmanov Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramının tarixi, mahiyyəti barədə oxuculara geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687

Oxşar yazılar