“Nəticəyə nail olmamağımıza səbəb Qarabağ münaqişəsinin mürəkkəbliyidir”
APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri keçirdiyi brifinqdə ATƏT-in baş katibi Mark Perrin de Brişambo deyib.
Azərbaycan və Ermənistan prezidentləri arasında ATƏT-in Astana sammiti çərçivəsində görüş keçiriləcəyi barədə məlumata malik olmadığını deyən baş katib Qazaxıstan prezidentinin tərəflərin yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb: “Mütəmadi keçirilən görüşlər sülhün bərqərar olmasına dəstək verir. Mən bu cür görüşləri yalnız alqışlaya bilərəm”.
Azərbaycandan olan jurnalistlərin bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində nəticə əldə edə bilməyən ATƏT-in Minsk Qrupunun formatının effektsizliyi barədə sualı cavablandıran Mark Perrin de Brişambo bildirib ki, nəticənin olmaması münaqişənin mürəkkəbliyindən xəbər verir: “Problemin təşkilatda olduğuna şübhə edirəm. ATƏT sülhün bərqərar olmasında maraqlıdır və biz gələcəyi qurmaq üçün bura toplaşmışıq. Nəticəyə nail olmamağımız təşkilatın effektsiz fəaliyyətindən deyil, münaqişənin mürəkkəbliyindən xəbər verir”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29