Bu gün MSK parlament seçkilərlə əlaqədar yekun protokolu təsdiqləyir
APA-nın xəbərinə görə, iclasda noyabrın 7-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.
Baxılmış müraciətlərin ümumi sayı 27 olub. Müraciətlərdən 1-i müvafiq dairə seçki komissiyasına (DSK) göndərilib, 1-nə xitam verilib, 2-si müraciət edən şəxsin özünə qaytarılıb. 16 müraciət təmin olunmayıb. 7 müraciət isə qismən təmin olunub, bu isə 23 seçki məntəqəsində seçki nəticələrinin ləğv olunması deməkdir. Belə ki, 22 saylı Nəsimi II Seçki Dairəsi üzrə 3, 40 saylı Kəpəz (Gəncə) II Seçki Dairəsi üzrə 1, 31 saylı Suraxanı II Seçki Dairəsi üzrə 1, 113 saylı Şəki şəhər seçki Dairəsi üzrə 5, 60 saylı Salyan-Neftçala Seçki Dairəsi üzrə 6, 63 saylı Sabirabad I Seçki Dairəsi üzrə 6, 26 saylı Sabunçu Seçki Dairəsi üzrə 5 seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi qərara alınıb.
Ayrı-ayrı DSK-lar üzrə seçki məntəqələrində nəticələrin ləğv olunması bütövlükdə DSK-lardan heç birində nəticələrin ləğv olunmasına səbəb olmayıb.
İclasda 7 noyabr 2010-cu ildə keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması barədə qərar qəbul edilib. Yekun protokol noyabrın 22-də təsdiq ediləcək.

Oxşar yazılar

Sabah parlamentdə Kamran Əliyevin məsələsinə baxılacaq
30 aprel 2025 , 18:27
İlham Əliyev xüsusi təyinatlı avtomobil sürdü - FOTOLENT
30 aprel 2025 , 15:30
Tramp Roma Papası olmaq istəyir
30 aprel 2025 , 14:22
"Abzas Media" baş redaktor axtarır - Leyla Mustafayeva niyə kənarlaşdırıldı?
30 aprel 2025 , 11:33
Ukrayna üzrə irəliləyiş olmazsa, ABŞ vasitəçilik rolundan imtina edəcək
29 aprel 2025 , 23:48
Mən dünyanı idarə edirəm, çox əylənirəm - Tramp
29 aprel 2025 , 19:33
Pezeşkianın BAKI SƏFƏRİ: regional əməkdaşlıq və ...
29 aprel 2025 , 17:17