Sərdar Cəlaloğlu: “AXCP və Müsavat müxalifəti uğursuzluğa aparır”
Əslində bu yol adı altında birləşmək məsələsi Elçibəyin hakimiyyətindən getməsindən sonra siyasətə gəlmiş insanların müxalifətə buraxılmaması məqsədi güdür”. Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib.
S. Cəlaloğlu bildirib ki, müxalifətin sərhədlərinin bu cür daraldılmasının əleyhinədir: “Bunun çox acı nəticələri olacaq və həmin prosesin mənfi nəticəsini parlament seçkisində gördük. Demək olar ki, heç bir blok seçki dairələrini yüz faiz əhatə etmədi. Müxalifət seçki dairələrinin təxminən 70 faizində nə baş verdiyi ilə bağlı yekun açıqlamanı cəmiyyətə çatdıra bilmədi. Əgər müxalifət partiyalarının tam birliyinə imkan verilsəydi, Azərbaycanı tam əhatə edə bilərdik və seçki ilə bağlı öz mövqeyimizi əhatəli şəkildə çatdırardıq”.
O, AXCP və Müsavat Partiyasının təlqin etdiyi bu prosesin müxalifəti uğursuzluğa aparıb çıxaracağına əminliyini də vurğulayıb: “AXCP-Müsavat birliyi əvvəlki ideyasında qalaraq məhdud dairədə siyasi fəaliyyəti davam etdirəcəksə, biz o blokda olmayacağıq və “Qarabağ” seçki bloku siyasi birlik kimi formalaşacaq”.
Azərbaycanda müxalifətin birliyi ilə bağlı yaranan məqamlardan birinə də aydınlıq gətirən S. Cəlaloğlu bildirib ki, müxalifətin ən münasib birliyinə “Qarabağ və Respublika Uğrunda” Hərəkatı saxlamaqla nail olmaq olardı: “Əslində Azərbaycanda “Qarabağ və Respublika Uğrunda” Hərəkatı ən optimal müxalifət konfiqurasiyası hesab edirdim. Təəssüf ki, hərəkat dağıdıldı və bu qurumun təsisçiləri arasında ciddi ziddiyyət yaradıldı. İndi həmin qüvvələri bir yerə yığmaq çox çətindir. Təbii ki, bundan sonra yaranan istənilən format cəmiyyətə lazım ola biləcək müxalifətin güc mərkəzi rolunu oynaya bilməyəcək. Amma hər halda birliyə nail olmaq üçün atacağımız addımları əsirgəməməliyik”.

829