AXCP-Müsavat blokunun Bakıda kütləvi aksiya keçirmək müraciəti rədd edildi
Bu barədə APA-ya Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.
Onun sözlərinə görə, seçkidə baş verənlərə etiraz olaraq blok noyabrın 9-da Bakı şəhərində mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə aksiyaların keçirilməsi üçün bir sıra yerlər təklif olunsa da, şəhər rəhbərliyi bu gün müraciətə rədd cavabı verib.
Partiya rəsmisi onu da əlavə edib ki, AXCP-Müsavat blokunun bundan sonra da kütləvi aksiyaların keçirilməsi qərarı qüvvədə qalır və yenə şəhər rəhbərliyinə müraciət olunacaq.
Xatırladaq ki, bu gün parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirən Müsavat və AXCP sədrləri İsa Qəmbər və Əli Kərimli kütləvi etiraz aksiyalarının təşkili məsələlərinin nəzərdən keçirildiyini açıqlayıblar.
AXCP-Müsavat bloku Bakı şəhər İcra Hakimiyyətinə müraciətində Qara Qarayev prospektində «Praqa» restoranının qarşısından başlayaraq «Təbriz» kinoteatrının qarşısına qədər yürüş və «Təbriz» kinoteatrının qarşısında mitinqin keçirilməsi, 20 nömrəli məktəbdən başlayaraq, Parlament prospektindən keçməklə Hüseyn Cavid bağına qədər yürüş və mitinq, Sabir bağından başlayaraq Azərbaycan küçəsindən keçməklə Füzuli meydanına qədər yürüş və mitinq, Səməd Vurğun bağı, Cəfər Cabbarlı meydanı, Nərimanov adına kinoteatrın qarşısındakı parkda, Dilarə Əliyeva küçəsi və Şəmsi Bədəlbəyli küçələri arasında, «Respublika» sarayının qarşısındakı parkda, Prezident Administrasiyasının, Bakı şəhər İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin binalarından 200 metr radiusda istənilən ərazidə aksiya keçirmək niyyətində olduğunu bildirib.

956