
GUAM müşahidə missiyası: “Seçkilər öhdəliklərə uyğun keçirilib”
APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, GUAM müşahidə missiyası Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət alıb. Missiya Bakı şəhərində 15,16, 34 və 36 saylı seçki dairələrinin ərazisi üzrə 27 seçki məntəqəsində aparılan müşahidələr əsasında aşağıdakı bəyanatla çıxış ediblər: “Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara və demokratik seçki standartlarına, o cümlədən ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə, milli qanunvericiliyə, MSK-nın hazırladığı qayda və proseduralara uyğun keçirilib. Ümumi seçki prosesinə, seçkilərin keçirilməsinə və seçki komissiyalarının fəaliyyətinə gəldikdə GUAM müşahidə missiyasının ciddi iradları yoxdur. Seçkilər sakit şəraitdə keçib. Parlament seçkilərini ümumilikdə azad və ədalətli seçkilər kimi müsbət dəyərləndirmək olar”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29