Edvard Nalbandyan: “Prezidentlərin görüşü önəmli və faydalı olub”
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilmiş görüşünün önəmli və faydalı olduğunu açıqlayıb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, nazir bu görüşün son 2 il ərzində Dmitri Medvedevin təşəbbüsü ilə keçirilmiş 7-ci görüş olduğunu xatırladıb.
E. Nalbandyan prezidentlərin Həştərxanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin detallarını müzakirə etdiklərini deyib. O bildirib ki, görüşdə 2008-ci il noyabrın 2-də Moskvada imzalanmış Mayndorf Bəyannaməsinin müddəalarına bağlılıq təsdiqlənib və qeyd olunub ki, problemin siyasi-diplomatik yolla həlli üçün qarşılıqlı etimadın təmin edilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir.
Nazir hərbi əsirlərin mübadiləsi və həlak olanların meyitlərinin qaytarılması barədə razılıq əldə olunduğunu və gələcəkdə bu razılığa uyğun hərəkət edilməsinin qərarlaşdırıldığını söyləyib: “Prezidentlər xarici işlər nazirlərinə danışıqları davam etdirmək və ATƏT-in Astana sammitinə qədər təməl prinsiplər ətrafında razılıq əldə etməyə çalışmaq barədə təlimat verdilər”.

Oxşar yazılar

Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26