Unutqanlıq nədən yaranır?
26 yanvar 2024 04:35 (UTC +04:00)

Unutqanlıq nədən yaranır?

Yaddaş keçmiş təcrübələri, məlumatları və həyat boyunca öyrənilən məlumatları yadda saxlamaq və xatırlamaq qabiliyyətini ehtiva edən bir məfhumdur. O həm də məlumatı, təcrübəni, keçmişlə bağlı bütünlüklə hər bir hadisəni yadda saxlayaraq insan üçün vacib əhəmiyyət daşıyır.

Lent.az tanınmış psixoloq Tuba Ərdoğanın bu mövzu ilə bağlı araşdırmasını təqdim edir.

Psixoloq bildirib ki, yaddaşda yazılan və saxlanılan məlumatı, təcrübələri xatırlamaq qabiliyyətinin pozulması, onları xatırlamaqda yaşanan çətinliklər unutqanlıq olaraq təyin edilir. Unutqanlıq müəyyən anlarda insanlara çətinliklər yaradır. Bu zaman müntəzəm ünsiyyət qurduğumuz insanların adlarını, xüsusi günləri, ünvanları, telefon nömrələrini unuda bilərik. Bu hallar yaddaş pozuntusu hesab olunur. Qapıda açarı unutmaq, əşyaların yerini xatırlamaqda çətinlik çəkmək insanlarda unutqanlığın göstəricilərindəndir. Bəzi dövrlərdə insanlar gündəlik həyatlarında stress və narahatlıq, kədər və ya ani emosional dəyişikliklərə səbəb olan hadisələr (evlilik-boşanma, köçmə, iş dəyişməsi, doğum, ölüm), sıx iş tempi, yorğunluq, diqqət problemləri yaşayır. Bütün bunların müxtəlif səbəbləri mövcuddur. Gündəlik həyatda texnoloji cihazlara uzun müddət məruz qalma insanlarda unutqanlıq problemlərinə ən böyük səbəbdir. Bundan başqa, depressiya, bəzi xəstəliklər və kəllə-beyin travmaları, vitamin çatışmazlığı, maddə asılılığı, nizamsız qidalanma və yuxusuzluq insanlarda unutqanlığa səbəb olan amillərdəndir. Unutqanlıq insanların gündəlik həyatına mənfi təsir göstərən problemdir, bu proses hər yaşda olan insanlarda müşahidə oluna bilər. Unutqanlığın əlamətləri və səbəbləri insandan insana dəyişir. Əgər unutqanlıq insanın gündəlik işləri yerinə yetirmə qabiliyyətinə təsir edirsə, iş və ailə həyatında müxtəlif çətinliklərə səbəb olan səviyyədədirsə, psixoloq və ya nevropatoloq tərəfindən qiymətləndirilməyə, müayinə edilməyə ehtiyac vardır. Unutqanlığın erkən diaqnozu və müalicəsi gələcəkdə psixoloji və nevroloji xəstəliklərin qarşısının alınmasında çox vacibdir. Bu, insanlarda həm psixoloji, həm nevroloji, həm də fiziki səbəblərdən yarana bilər. Bu səbəblərin mütəxəssis tərəfindən müəyyən edilməsi və lazım olduqda dərman, vitamin və müalicə əlavələrinin qəbulu əhəmiyyətli olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6456
avatar

Oxşar yazılar