Süzmə, yoxsa pətək balı? - Bunu alın
21 avqust 2026 16:37 (UTC +04:00)

Süzmə, yoxsa pətək balı? - Bunu alın

0

Bal alarkən bir çox insan süzmə və pətək balı arasında seçim etməkdə çətinlik çəkir. Görünüşləri fərqli olsa da, onların əsas qida dəyəri bir-birinə yaxındır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, pətək balı arıların hazırladığı mum hüceyrələrində saxlanılır və pətəkdən ayrılmadan satışa çıxarılır. Süzmə bal isə həmin pətəklərdən santrifüj və ya süzmə üsulu ilə çıxarılır.

Pətək balında arı tozu, propolis və təbii mum qalıqları daha çox saxlanıla bilər. Süzmə balın üstünlüyü isə istifadəsinin rahat olması, asan ölçülməsi və laboratoriyada keyfiyyətinin daha rahat yoxlanılmasıdır.

Süzmə bal yeməklərə, içkilərə və şirniyyatlara əlavə etmək üçün daha əlverişlidir. Pətək balı isə mumla birlikdə çeynənir. Mumu udmaq mümkün olsa da, onun həzmi maye bala nisbətən daha uzun çəkə bilər.

Süzmə balın zamanla kristallaşması onun xarab olması demək deyil. Bu, təbii prosesdir. Pətək balında isə hüceyrə quruluşu qorunduğuna görə kristallaşma adətən daha gec baş verir.

Mütəxəssislərin fikrincə, seçim istifadə məqsədindən və zövqdən asılıdır. Əsas məsələ etibarlı istehsalçının keyfiyyətli və qatqısız məhsulunu almaqdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar