Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Lent.az xəbər verir ki, bu barədə "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov məlumat yayıb.
O qeyd edib ki, yayılan məlumat yanlandır. "Qəzada həlak olan şəxsin Alik Kərimovun ailəsi ilə heç bir əlaqəsi yoxdur".
***
15:00
Tanınmış teleaparıcı Ada Süleymanovanın yol qəzasında həlak olması barədə xəbər vermişdik.
Lent.az xəbər verir ki, qəzada onunla birgə həyatını itirən digər şəxsin də kimliyi məlum olub.
Mediada yayılan xəbərə görə, qəzada həlak olan digər şəxs Anar Kərimovdur. O, məşhur iş adamı, "METAK" şirkətinin rəhbəri Alik Kərimovun oğludur. /Xitab24