Qulaqlıqlardan tez-tez  istifadənin orqanizmə təsirləri açıqlandı
15 noyabr 2023 16:04 (UTC +04:00)

Qulaqlıqlardan tez-tez istifadənin orqanizmə təsirləri açıqlandı

Alimlər qulaqlıqlardan tez-tez istifadənin orqanizmə təsiri barədə xəbərdarlıq ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qulaqcıqların tez-tez istifadəsi qulaq kanallarında bakteriyaların sayının artmasına gətirib çıxarır. Bu da daha da yoluxucu xəstəliklər yarada bilər.

İlkin araşdırma zamanı əşyanın qulaqlarda adi bir dəri bakteriyası olan stafilokokun müxtəlif suşlarının populyasiyasını artırdığı aşkar edilib. İkinci halda isə alimlər müəyyən ediblər ki, bir saat qulaqcıq taxdıqdan sonra onların qulaqlarında bakteriyaların sayı 11 dəfə artıb. Tədqiqat aviaşirkətlərin təyyarələrdə istifadə etdiyi steril qulaqlıqlar üzərində aparılıb.

Məlumata görə, qulaqqıqların taxılması nəticəsində bakteriyaların artması qulaq infeksiyalarının tezliyi ilə əlaqəli deyil. Bununla belə bəzi tədqiqatlar göstərir ki, qulaqlıqların tez-tez çıxarılması qulaq dərisini zədələyir. Yaranan aşınmalar vasitəsilə bakteriyalar bədənə daxil ola və yoluxucu iltihab yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5973
avatar

Sevinc Fərid

Oxşar yazılar