Daha 53 nəfər COVID-ə yoluxdu, ölən olmayıb - STATİSTİKA
15 oktyabr 2022 18:10 (UTC +04:00)

Daha 53 nəfər COVID-ə yoluxdu, ölən olmayıb - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 538 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 165 nəfər müalicə olunaraq sağalıb, 9 931 nəfər vəfat edib, aktiv xəstə sayı 442 nəfərdir.

Ölkədə son sutka ərzində 2 141, hazırkı dövrədək isə 7 286 811 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar