COVID-ə görə qoxu itkisinin müalicəsi TAPILDI
02 noyabr 2023 16:52 (UTC +04:00)

COVID-ə görə qoxu itkisinin müalicəsi TAPILDI

Fujita Sağlamlıq Universitetinin alimləri antiviral ensitrelvir-in COVID-19 səbəbilə itirilmiş qoxu hissini bərpa edə biləcəyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri Bostonda yoluxucu xəstəliklər üzrə mütəxəssislərin toplantısı olan IDWeek-də təqdim olunub.

COVID-19 ilə əlaqəli qoxu və dad itkisinin şiddəti eləcə də yayılması azalır. Lakin 2022-ci il tədqiqatları göstərir ki, xəstələrin təxminən 45%-i bu simptomları bildirir. Antiviral dərman molnupiravir müəyyən effektivliyini göstərsə də, o, əsasən yalnız ağır xəstəlik riski yüksək olan insanlar üçün əlçatan olub.

Yeni araşdırmada, yüngül və orta dərəcədə COVID-19 simptomları olan xəstələr 125 yaxud 250 mq ensitrelvir və ya plasebo qəbul ediblər. Tədqiqatın əvvəlində iştirakçıların 20%-i müəyyən dərəcədə qoxu və ya dad itkisi olduğunu bildirib. Üç günlük müalicədən sonra ensitrelvir qruplarında bu simptomları yaşayan insanların sayı plasebo qrupu ilə müqayisədə daha tez azalmağa başlayıb. Yeddi günə qədər qoxu və ya dad itkisi olan iştirakçıların nisbəti 250 mq ensitelvir qrupunda plasebo qrupuna nisbətən 39% aşağı olub. Müalicəyə başladıqdan üç həftə sonra bütün iştirakçılar oxşar inkişaflar olduğunu bildiriblər.

Əlavə tədqiqatlar müqayisə edilən nəticələr verərsə, yeni antiviral dərman koronavirus xəstəliyi olan insanlarda qoxu eləcə də dad itkisini asanlaşdırmağa kömək edə və uzun müddət davam edən COVID-in yüngül simptomlarının qarşısını ala bilər.

Onu da qeyd edək ki, ensitrelvir yalnız ağır xəstəlik riski yüksək olan insanlar üçün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Oxşar yazılar