Soyuq üsulla xırtıldayan turşu xiyar - RESEPT
13 avqust 2026 19:47 (UTC +04:00)

Soyuq üsulla xırtıldayan turşu xiyar - RESEPT

0

Bu üsulla hazırlanan xiyarlar xırtıldayan, ətirli və dadlı alınır. Dadı isə ənənəvi çəlləkdə hazırlanan turşu xiyarı xatırladır. Reseptin üstünlüyü ondadır ki, mürəkkəb hazırlıq və bankaların sterilizasiyası tələb olunmur.

Lent.az bu resepti təqdim edir:

Yaxşı nəticə əldə etmək üçün düzgün xiyar seçmək və keyfiyyətli, yodlaşdırılmamış duzdan istifadə etmək vacibdir. Reseptdə heç bir əlavə qatqısı olmayan dəniz duzuna üstünlük verilməsi tövsiyə olunur. Hazırlığa xiyarları yaxşıca yuyub təxminən 2 saat soyuq suda saxlamaqla başlanılır. Bu müddətdə duzlu su hazırlanır. Hər 1 litr suya 100 qram duz əlavə edilir. Turşuya dad və ətir vermək üçün isə zövqə uyğun olaraq xren yarpağı, sarımsaq, albalı, palıd və qara qarağat yarpaqları, tərxun və şüyüd çətirlərindən istifadə etmək olar. Böyük qazanın dibinə göyərti və yarpaqların bir hissəsi düzülür. Xiyarlar üzərinə sıx şəkildə yerləşdirilir, daha sonra qalan göyərti ilə örtülür.

Xiyarların üzərinə əvvəlcədən hazırlanmış duzlu su tökülür. Onların suyun altında qalması üçün üstünə boşqab qoymaq olar. Qazanın qapağı örtülür və mayalanması üçün otaq temperaturunda saxlanılır. Bu müddətdə boşqabın üzərində yaranan ərpi vaxtaşırı təmizləmək lazımdır. Təxminən 10 gündən sonra xiyarların üzərində ağ təbəqə əmələ gəlir, rəngi isə zeytuni tona çevrilir. Bu mərhələdə istifadə edilən yarpaqlar, göyərti və sarımsaq çıxarılır, xiyarlar isə yaxşıca yuyulur. Daha sonra xiyarlar təmiz bankalara yığılır və bankalar ağzına qədər təmiz su ilə doldurulur. Qapaqlar möhkəm bağlanaraq sərin yerdə saxlanılır. Təxminən 1-2 aydan sonra xırtıldayan və çəllək turşusunu xatırladan xiyarlar tam hazır olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar