Azərbaycan dünyada qızılcaya  ən çox yoluxma   olan ölkələr sırasındadır - RƏSMİ
29 aprel 2024 11:33 (UTC +04:00)

Azərbaycan dünyada qızılcaya ən çox yoluxma olan ölkələr sırasındadır - RƏSMİ

Tədqiqatçıların sözlərinə görə, dünya miqyasında qızılcaya yoluxma hallarının sayı 2022-ci ildən 2023-cü ilə qədər təxminən iki dəfə artıb və bu da bir çox ölkələrdə aradan qaldırılma statusuna nail olmaq və saxlamaq səylərini təhlükə altına qoyur.

Lent.az bildirir ki, bu barədə CNN xəbər verir.

Aprelin 27-də Barselonada keçirilən ESCMID qlobal konqresində araşdırmanın nəticələrini təqdim edən Ümumdünya Səhiyyə Təşkilatından həkim Patrik O'Konnorun verdiyi məlumata görə, 2023-cü ildə 321,582, 2024-cü ildə isə 94,000-dən çox hadisə qeydə alınıb, baxmayaraq ki, bu rəqəm daha yüksəkdir.

Bu il hadisələrin demək olar ki, yarısı Avropa regionunda baş verib, ən yüksək xəstələnmə göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə qeydə alınıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzindən bildirilib ki, ötən həftənin cümə gününə olan məlumata görə, bu il ABŞ-da 20 yurisdiksiyada 128 qızılca hadisəsi qeydə alınıb. Bu, 2019-cu ildən bəri ən yüksək göstəricidir.

Qızılca hava-damcı vasitəsi ilə keçən yoluxucu bir xəstəlikdir. Xüsusilə azyaşlı və peyvənd olunmamış uşaqlarda ciddi sağlamlıq nəticələrinə və ya ölümə səbəb ola bilər.

Ümumi əlamətlər temperatur, öskürək, burun axması, sulu gözlər və qırmızı döküntü ola bilər. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzinin məlumatına görə, bu ölkədə qızılcaya yoluxmuş peyvənd olunmamış hər 5 nəfərdən 1-i xəstəxanaya yerləşdiriləcək.

Qızılcaya yoluxan hər 20 uşaqdan 1-də pnevmoniya, digərlərində isə beyində ensefalit adlanan təhlükəli şişlik inkişaf edə bilər. Qızılcaya yoluxan hər 1000 uşaqdan 3-ə qədəri tənəffüs və nevroloji ağırlaşmalardan ölə bilər.

Bu, həmçinin həftələr və ya illər ərzində digər infeksiyalara yoluxma riskini artıran “immun amneziyaya” səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5109
avatar

Oxşar yazılar