Alimlər astma və allergiyanın müalicəsində uzun illərdir istifadə olunan montelukast dərmanının aqressiv xərçəng növlərinə qarşı təsir göstərə biləcəyini açıqlayıblar.
Lent.az xəbər verir ki, yeni araşdırmaya görə, dərman şişlərin immun sistemindən gizlənmək üçün istifadə etdiyi bir mexanizmi bloklayaraq orqanizmin xərçəng hüceyrələrinə qarşı müdafiəsini gücləndirə bilər.
Ən ümidverici nəticələr çətin müalicə olunan üçlü mənfi döş xərçəngi (triple-negative breast cancer) üzərində müşahidə olunub.
Tədqiqatlar hələ ilkin mərhələdədir və əsasən laboratoriya ilə heyvanlar üzərində aparılıb.
Bununla belə, alimlər montelukastın artıq təsdiqlənmiş və geniş istifadə olunan dərman olması səbəbilə klinik sınaqlara daha sürətli keçə biləcəyini bildirirlər.