Bəstəkar Şəfiqə Axundova Respublika Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bunu Lent. az-a xalq artistinin bacısı Rəfiqə Axundova deyib: “ Bacımın qan-damar sistemində problem var. Müalicəsi yalnız Neftçilər xəstəxanasında mümkündür. Bunu bizə həkimi söylədi. Dərhal Səhiyyə Nazirliyinə yollandıq. Amma orada bizi qəbul edən olmadı. Ərizə yazdıq, dedilər ki, 1-2 günə gələrsiniz. Oqtay Şirəliyev bilsəydi ki, gəlmişik, bizi qəbul edərdi. Amma qəbul otağındakı xanım bizi müavinin də yanına buraxmadı. Biz dərdimizi kimə deyək? Dedilər ki, ərizə yazın, nə vaxt çağırsalar onda gələrsiniz.
Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir.