Populyar seriallarda çəkilən aktyor öldü
22 sentyabr 2021 15:19 (UTC +04:00)

Populyar seriallarda çəkilən aktyor öldü

“Böyük şəhərdə seks” və “Dostlar” populyar seriallarında çəkilən amerikalı aktyor sentyabrın 22-də vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, söhbət 57 yaşlı Uilli Qarsondan gedir. Tanınmış aktyorun ölməsi barədə övladlığa götürdüyü oğlu Neyten Qarson “Instagram”da məlumat yayıb. 

O, “Böyük şəhərdə seks” və “Dostlar” serialları sayəsində populyarlaşmışdı. 

Aktyorun ölüm səbəbi açıqlanmır. Aktyorun onkologiya ilə mübarizə apardığı bilinirdi, ancaq xəstəliyin ölümünə təsir edib-etmədiyi dəqiq məlum deyil.

# 3012
avatar

Oxşar yazılar