Məşhur "Polis Akademiyası" filmində "komissar Hurst" obrazını canlandıran kanadalı aktyor Corc Robertson vəfat edib.
Lent.az xəbər verir ki, 89 yaşlı sənətçi Kanadanın Toronto şəhərində xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Corc Robertson "Oskar" mükafatına namizəd olan "Airport, "Norma Rey" və "John F. Kennedy: Shots in Dallas" filmlərində obrazlar canlandırıb.