
İçəri Şəhərdə “Restavrasiyanın nəzəri və təcrübi əsasları” mövzusunda seminar keçiriləcək
İdarədən Lent.az-a verilən məlumata görə, seminar dünya əhəmiyyətli abidə olan Məhəmməd məscidinin restavrasiyası ilə məşğul olan Avstriya və Almaniyadan dəvət olunmuş mütəxəssislər tərəfindən aparılacaq. G.Hilbert “Tikililərin nəm və duzların təsiri altında zədəyə məruz qalmış hissələrində suvaq işləri” və T.Laubşer “Bauhuette” tikinti-bərpa sexləri birliyinin çoxəsrlik iş təcrübəsi” mövzusunda məruzə ilə çıxış edəcəklər. Seminara yerli mütəxəssislərlə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsi də qatılacaq.
Eyni mövzuda keçirilən və sayca dördüncü olan seminar yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir. Tədbir İçəri Şəhərdə yerləşən “Atropat” otelində baş tutacaq.
Eyni mövzuda keçirilən və sayca dördüncü olan seminar yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir. Tədbir İçəri Şəhərdə yerləşən “Atropat” otelində baş tutacaq.
Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39