Aktyor Muxtar Manıyevin səhhəti pisləşib
Aktyorun həyat yoldaşı Nəsibə xanımın Lent.az-a verdiyi məlumata görə, Muxtar Manıyev xeyli müddətdir şəkər xəstəliyindən və qan təzyiqindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar evdən çölə çıxmır: “Bir neçə gün əvvəl şəkəri qalxmışdı, iynə dərmanla birtəhər özünə gətirdik. Şirniyyatı çox sevir deyə, bəzən pəhriz gözləmir. Artıq xeyli vaxtdır bu vəziyyətdir. Özü də iki dəfə infarkt keçirib. Ona görə də daim müalicələrini edirik ki, heç olmasa iynə-dərmanın sayəsində özünü yaxşı hiss etsin”.
Xəyalə
Xəyalə
1409