Aybəniz Haşımovanın şəhid həyat yoldaşı haqqında film çəkilib
Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova aprelin 1-də mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə polkovnik Təranə Məmmədova, millət vəkili Qənirə Paşayeva, incəsənət nümayəndələri - Bəsti Cəfərova, tahir Əkbər, Gylnaz İsmayılova və digərləri də iştirak ediblər.
Konfrans 1992-ci ildə vətən uğrunda şəhid olmuş Quliyev Xalid Hüseynxan oğluna həsr olunub.
İştirakçılara “Xəzər” televiziyasının və “Oskar” Kino Şirkətinin birgə layihəsi olan “Ölümsüzlər” filmi nümayiş etdirilib. Filmin süjet xətti real faktlar üzərində qurulub. Filmin quruluşçu rejissoru “Oskar” Kino Şirkətinin rejissoru Sain Qəhrəmanoğlu, operatorlar Sərxan Musayev və Rasim Eyvazov, montajçısı Vüqar Əliyev, rejissor assistenti Nigar İmranova, qrim ustası Nərminə Novruzovadır. Filmdə bəstəkar Oqtay Kazıminin mahnılarından istifadə olunub.
40 dəqiqəlik filmdə mərhumun həyat yoldaşı, əməkdar artist Aybəniz Haşımova vətən uğrunda şəhid olmuş həyat yoldaşı Xalid Quliyev haqqında danışıb. Bədii-sənədli filmdə bəzi maraqlı məqamlar da yer alıb. Maraqlı məqamlardan biri də real faktlar üzərində qurulan filmdə qəhrəmanın həyat yoldaşı Aybəniz Haşımovanın obrazını Xalid Quliyevin qızı Aynişan Quliyevanın canlandırmasıdır. Şəhid olmuş Xalid Quliyev obrazını isə gənc şair və musiqiçi Tərlan Növrəsli yaradıb.
Filmdə X.Quliyevin silahdaşları mərhum haqqında təəssüratlarını bölüşüblər.
Filmin çəkilişləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, Badamdarda yerləşən Mərkəzi Nəbabət bağında, Şəhidlər Xiyabanında, döyüş səhnəsi Xocavənd kəndində aparılıb. Filmin çəkilişləri 10 gün davam edib.
Əməkdar artist Aybəniz Haşımova filmin təmənnasız çəkildiyini bildirib: “Bu film şəhid ailələrinə təmənnasız olaraq çəkilir. Buna görə də bu filmin çəkilişində əziyyət çəkən hər bir kəsə mərhumun həyat yoldaşı kimi təşəkkürümü bildirirəm. Daxil Qoşunlar Baş İdarəsi qərargahına, Daxili Qoşunların əsgərlərinə, “Xəzər” televiziyasına, “Oskar” kino şirkətinin rəhbəri Yaşar Əhmədova, polkovnik Təranə Məmmədovaya, vaxtilə şəhid Xalid Quliyevin xidmət etdiyi o vaxtlarda Ağdamda, hazırda isə Bakıda yerləşən hərbi hissənin komandiri və onun müavininə, mərhumun döyüş yoldaşı, polkovnik-leytenant Yavər müəllimə, eyni zamanda təmənnasız olaraq bizi minik avtomobili ilə təmin edən DAEWOO – Baku Avto Şirkətinə xüsusi minnətdarlığımı bildirirəm. Eləcə də filmin çəkilişlərinin aparıldığı bütün məkanları təmənnasız olaraq təşkil etdikləri üçün hər birinin rəhbərliyinə bu xidmətlərinə görə təşəkkür edirəm”.
Xatırladaq ki, “Oskar” Kino Şirkətinin “Ölümsüzlər” layihəsi “Xəzər” televiziyasında ötən ilin noyabrından yayımlanmağa başlanılıb. Şirkət Qarabağ torpaqları uğrunda şəhid olmuş 30 mindən artıq Azərbaycan əsgəri haqqında sənədli-bədii film hazırlamağı planlaşdırır.
Qeyd edək ki, bu gün təqdimatı keçirilən film aprelin 2-də “Xəzər” televiziyasında yayımlanacaq.
Lalə Yusifqızı

2513