Cefri Verbax: “Qoy dünya görsün ki, burada necə musiqilər səslənir”
18 mart 2009 11:00 (UTC +04:00)

Cefri Verbax: “Qoy dünya görsün ki, burada necə musiqilər səslənir”

Amerikalı musiqiçi Cefri Verbax Bakıda keçirilən Beynəlxalq Muğam Festivalını Azərbaycan musiqi mədəniyyətində böyük hadisə kimi qiymətləndirib. Musiqiçi Lent.az-a açıqlamasında festivalın Azərbaycanın imicinə müsbət təsir göstərəcəyini deyib: “Tədbir yeni başlayıb. Novruz bayramında belə bir tədbirin keçirilməsi çox ürəkaçan hadisədir. Tədbir Azərbaycanın dövlət olaraq imicinə xeyir gətircək. Gələn qonaqlar bir daha möhtəşəm Azərbayan mədəniyyəti ilə tanış olacaqlar”.

C.Verbax uzun illərdir ölkəsində muğamı təbliğ etdiyini deyib: “Mən Amerikada yaşayıram və muğamı orada da təbliğ edirəm. Festivalda heyrətamiz musiqiləri ustad ifaçıların ifasında eşidəcəm və buna şadam. Qoy bütün dünya görsün ki, burada necə keyfiyyətli musiqilər səslənir”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2141

Oxşar yazılar