Bərbər Samanza Penn hamiləliyi saçla təyin etməyin yollarını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssisin fikrincə, əgər təbii olaraq buruq iplər daha qıvrılmırsa, bu, qadının uşaq gözlədiyinə işarədir.
Bundan əlavə, Penn hamiləlik zamanı saçların qalınlaşdığını qeyd edib:
“Həmçinin saçınızda təsadüfi olaraq yeni tüklər görünəcək. Bu o deməkdir ki, bədəninizdə hormonal dəyişikliklər baş verir”.
Bundan əlavə, ekspert hətta saçlarla uşağın cinsiyyətini də müəyyən edə biləcəyini bildirib:
“Bir qadın qız gözləyirsə, saçları çox yağlı olur. Gözəlliyi qızlar alır, oğlanlar isə sənə verir. Oğlan uşağı olacaqsa, hamilə qadının saçları daha qalın və daha həcmli olur”.