23 yaşlı Sara Rodo təyyarələrlə cinsi əlaqədə olduğunu iddia edir.
Lent.az xəbər verir ki, almaniyalı qadın son bir il ərzində sırf “can yoldaşları” ilə vaxt keçirmək üçün uzun müddətli məzuniyyət götürüb.
Saranın dediyinə görə, illər sonra axır ki, "Boeing 737"də ilk uçuşu zamanı əsl sevgini kəşf edib:
"Rodo Dikki ilə tanışlıqdan sonra bir neçə təyyarə ilə də tanış oldum. Mənim üçün ən seksual hissə qanadlarıdır və ölçüsünün neçə olması vacib deyil. Hazırda mənim üç böyük modelim var. Cəmi 60-dan çox kiçik modellərim də var və onlar sifarişlə hazırlanır”.
O, qeyd edib ki, təyyarələrə təxminən 4267 dollar xərcləyib.