Bəzən həyat bizə qarşı tamamilə ədalətsizdir. Çoxları bunu tale adlandırır və kənardan bir möcüzə ümidindən əl çəkir. Və bir çoxları məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, həyatı cilovdan götürür və özləri lazım olan şəkildə qururlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, belə insanlardan biri də Pəncabdan olan Siam əkizləri Sona və Mohna Sinqhdir.
Valideynləri onları doğulanda tərk etdikləri üçün yaxın vaxtlara qədər Yeni Dehlidə uzaq sığınacaqlarında və gecəqondularında yoxsulluq içində yaşamalı olublar. Əkizlərin dünya miqyasında sensasiyaya çevrilməsindən sonra onların həyatı kəskin dəyişib.
Keçən il media onların iş üçün iki fərqli maaş alması ilə bağlı xəbər yaymışdı.
Müsahibə verən əkizlər onlara tanınmaq imkanı verdikləri üçün təşəkkür edib:
“Pəncab hökumətinə bizim istedadımızı tanıdığına və bizə parlamaq imkanı verdiyinə görə minnətdarıq”.
Ancaq bu il qardaşlar verdikləri müsahibədə tamam fərqli şeylər söyləyib. Qardaşlar "YouTuber"ə bildiriblər ki, onlar yerli hökumətdən cəmi 245 dollar qazandıqlarını və iki nəfər üçün bir maaş aldıqlarını deyiblər.
İki şəxsin bir bədənə sahib olmasına baxmayaraq, yenə də ikibaşlı olduqlarına görə iki şəxsin maaşını almalıdılar.