Əməkdar artist Tünzalə Əliyeva haqqında yeni xəbər yayılıb.
Lent.az xəbər verir ki, onun həmkarı Ülviyyə Əliyeva sosial şəbəkədə aktrisanın vəziyyətinin pis olması barədə məlumat paylaşıb. Onun sözlərinə görə, analizlərdən məlum olub ki, metastaz artıq beyninə yayılıb.
Bununla bağlı Tünzalə xanımla əlaqə saxladıq. O, yayılan məlumatları təsdiqlədi:
"Kim ziyarət etmək istəyirsə, evdəyəm. Xəstəxanada deyiləm, kimyaterapiyanı dayandırmışam. Lakin bu ayın 15-dən sonra yenidən başlayacağam. Maraqlandığınız üçün çox sağ olun".
Qeyd edək ki, aktrisa Tünzalə Əliyeva beş ildir xərçəng xəstəliyindən əziyyət çəkir.