Yeni albomu ilə satış rekordunu təzələdi
25 noyabr 2015 03:13 (UTC +04:00)

Yeni albomu ilə satış rekordunu təzələdi

Müğənni Adelin yeni albomu “25” ABŞ-ın bütün tarixi ərzində satış rekordunu qırıb. 

 



Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl bu reytinqə “N'Sync” qrupunun “No Strings Attached” albomu liderlik edirdi. 2000-ci ildə bu albom həftəyə 2,4 milyon satışla birinci yerə çıxmışdı. Adelin “25” albomu isə həftənin cəmi ilk 2 günündə 2,5 milyon nüsxə satılıb. 

 



Qeyd edək ki, uzun müddətdir, karyerasına fasilə verən Adel oktyabrda “Hello” mahnısı və klipiylə ekrana qayıdaraq əsl “partlayış” edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar