<b>Vüsalə Əlizadə:</b> "Hansısa aparıcının səhvini mənə deyəndə pis oluram"
05 dekabr 2015 18:26 (UTC +04:00)

Vüsalə Əlizadə: "Hansısa aparıcının səhvini mənə deyəndə pis oluram"

Teleaparıcı Vüsalə  Əlizadə televiziya proqramlarının formatında dəyişikliklər edilərək, şou xarakterli proqramların efirdən yığışdırılmasından söhbət açıb.

Lent.az-ın Musavat.com-a istinadən məlumatına görə, aparıcı teleməkanda senzuranın tərəfdarı olduğunu bildirib: “Televiziyalarda çərçivələr olmalı idi, bəzi məsələlərə daha ciddi yanaşılmalıdır. Proqramlarda bəzən elə hallar olur ki, kənardan baxanda utanıram. Çünki televiziya əməkdaşı olduğumuz üçün tamaşaçı iradını bizə bildirir. Televiziyada mənfi halların yaşanmasına niyə icazə verdiyimizi soruşurlar. Bəzən digər kanalın da qüsurunu bizə deyirlər. Hansısa müğənninin, aparıcının da səhvini mənə deyəndə pis oluram. Müasir gənc aparıcı olsam da, senzura tərəfdarıyam. Azərbaycan qadınına yaraşacaq dərəcədə geyimim, danışığım, üslubumla müasirliyi əks etdirirəm. Teleməkan və musiqi üçün senzura mütləq idi. Filmlərimizə də qadağalar olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar