Sabiq “Beşiktaş”lı futbolçu Paskal Nouma “Manqa” qrupunda məşhurlaşan müğənni Ferman Akgüllə duet oxuyub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbol karyerasını bitirdikdən sonra “Survivor”, “Yok böyle dans” yarışmalarında iştirak edən Nouma, həmçinin, aktyorluq bacarığını da nümayiş etdirmişdi.
İki hissəli “Dünyanı qurtaran adam” filmində və “Yerdən yüksək” serialında oynanmış Paskal, nə qədər bacarıqlı olduğunu film sahəsində də göstərmişdi.
44 yaşlı eks futbolçu indi də müğənniliyə başlayıb. Nouma Fərman Akgüllə “Dırdır” duetini ifa edib.
Mahnının yaya damğa vuracağı gözlənilir.