"Miss Türkiyə" yarışması ilə məşhurlaşan, hazırda Qalatasaray TV-də aparıcılıq edən Çağıl Özge Özkul ərə gedib.
Lent.az-ın “axşam.az-a” istinadən məlumatına görə, 2012-ci ildə keçirilən gözəllik yarışmasında ikinci olan 26 yaşlı Özkul bir müddətdir sevgili olduğu Sinan Öztürklə ailə qurub.
Cütlük İzmir vilayətinin Urla şəhərində baş tutan toyda nikahlarını rəsmiləşdirib.