Evində qətlə yetirilən 39 yaşlı musiqiçi Değer Denizin cinayəti ilə bağlı araşdırmalar davam edir.
Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, sənətçinin qətlində günahlandırılan 17 yaşlı C.M adlı oğlan saxlanılıb. Polis onun Denizin evinə pəncərədən girdiyini dəqiqləşdirib.
Gənc oğlan evdən klarnet və cip telefonunu oğurlamaq istəyərkən səsə oyanan Değeri boğaraq öldürüb.
Qeyd edək ki, Değer 2012-ci ildə “Gözlə” adlı albom çıxarıb. O, “Bez bebek” serialının musiqisinin müəllifidir. Son zamanlar isə otellərin birində çalışırmış.