Türkiyəli aktrisanın gözəlliyi ingilislərin də diqqətindən yayınmayıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, oynadığı obrazlarla ərəb dünyasında da populyarlıq qazanan tanınmış türk aktrisa Tuba Büyüküstün Avropada da ən gözəl qadınlardan biri kimi tanınır.
Şotlandiyanın ən yaxşı universitetlərindən biri olan Qlazqo universitetində türkiyəli aktrisa dərs mövzusu olub. Belə ki, universitetin tib fakültəsində anatomiya dərsi üzrə tədris nümayəndələri “ən ideal üz” kateqoriyasında Tuba Büyüküstünün də simasını nümunə kimi göstəriblər.
Türkiyəli məşhurla yanaşı, eyni kateqoriyada Aişvariya Rey, Ancelina Coli kimi aktrisaların da siması tələbələrə göstərilib.