Prodüser Tolik uzun müddətdir küsülü olduğu müğənni Röya Ayxanı "əməkdar artist" adı alması münasibətiylə təbrik edib.
Axşam.az-ın məlumatına görə, prodüser ifaçı haqda sosial şəbəkədə bunları yazıb: "Təbriklər Azərbaycan Respublikasının əməkdar artisti Röya. Son illərdə "əməkdar artist" adı alanların hamısından layiqlisi Röyadı. İllərlə dayanmadan işlədi, heç kimə yalvarmadı. Prezidentin layiqli mükafatını aldı. İnşallah "xalq artisti" olar. Çünki buna layiqdir".