İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtaka evlilik təklifi olunub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bu təklifi il yarım sevgili olduğu Levent Dörterdən alıb.
Dostları ilə partidə olan Dilanı Levent ortaya çıxarıb və birdən üzük verərək: "Mənimlə evlənərsən? Yaxşı gündə də, pis gündə də həmişə bir-birimizin yanında bir ömür boyu olmaq arzusu ilə", - deyib.
Bu zaman şoka düşən Çıtak: "Hə", - deyərək razılıq verib.
Qeyd edək ki, İ.Tatlısəs qızına Dörterlə münasibətini kəsməsini, onun ailəsinə yaraşmadığını söyləyib.