Müğənni İbrahim Tatlısəsin Şanlıurfada yaşayan yaxın qohumu Mehmet Enver Tatlının 4 aylıq qızı Cəlilə Tatlı “donuz qripi”nə yoluxub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azyaşlı “H1N1” virusu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda körpə reanimasiya şöbəsində müalicə olunur.
Mehmet Enver Tatlı qızının xəstəxanada başqa uşaqlarla eyni yataqda yatırıldığı üçün virusa yoluxduğunu iddia edib. Onun şikayətindən sonra Cəlilə üçün xüsusi otaq ayrılıb.