Qurban bayramı tətilini Türkiyədən xaricdə keçirən tanınmış cütlük Zeynəb Tokuşla Erdem Yılmaztürkün arasında gərginlik yaranıb.
Axşam.az “Haberler”ə istinadən xəbər verir k, hava limanında görüntülənən cütlüyün əsəbi olması diqqətdən yayınmayıb. Paparassiləri görən aktyor Erdem “Çəkməyin. Sizin işiniz-gücünüz yoxdur?”, - deyə hirslənib.
Həyat yoldaşının müxbirlərə belə münasibət göstərməsi isə aktrisanı daha da əsəbləşdirib. Suallara cavab verməyən cütlüyün təyyarədə dalaşdığı və bu səbəbdən əsəbi davrandığı məlum olub.