Türkiyəli aparıcı Ece Erkenin ölüm xəbəri yayılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, sosial şəbəkədə onun ölməsi ilə bağlı yazılan xəbər qısa zamanda hər yerə səs salıb.
Erkenin Bodrumdan istirahətdən qayıdarkən avtomobil qəzası keçirdiyi yazılıb.
Jurnalistlərə açıqlama verən Ece bu xəbəri yayan saytı məhkəməyə verdiyini deyib:
"Mənim bir ailəm olduğunu düşünmədilər? Onları məhkəməyə verdim".