Spirs atasının bəyənmədiyi oğlanla görüşür
23 dekabr 2016 05:18 (UTC +04:00)

Spirs atasının bəyənmədiyi oğlanla görüşür

Müğənni Britni Spirsin atası Ceymi Spirs qızının İran əsilli model Sem Asgari ilə münasibətlərinə qarşıdır.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ceymi 23 yaşlı modelin 35 yaşlı qızından istifadə etdiyini düşünür. Spirsin ailəsinə yaxın mənbə bildirib ki, ata artıq ifaçıya bu barədə etirazını bildirib.

 

“Ceymi Britninin prodüseridir, eyni zamanda, mühasibat işlərinə baxır. O, qızının ətrafında bu günə qədər bir çox kişilərin olduğunu bilib. Lakin heç kimə qarşı bu qədər sərt olmayıb. Hamı, xüsusən də Ceymi Semin qızından istifadə etdiyini və pul ələ keçirmək istədiyini yaxşı bilir”, - deyə mənbə vurğulayıb.

 

O da qeyd olunub ki, müğənni atasının dedikləri ilə razılaşmayıb və Semə aşiq olduğu söyləyib.

 

Xatırladaq ki, Britni Asgari ilə "Slumber party" klipinin çəkilişləri zamanı tanış olub. S.Asgarinin müsəlman olduğu iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319

Oxşar yazılar