Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə-gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:30-da yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir. Proqramın bu dəfəki hədəf xalq artisti Səməd Səmədov, “Keyxanım” ləqəbi ilə tanınan əməkdar artist Ülviyyə Əliyeva, Əkbər Əlizadə və rəqqasə Oksana Rəsulova olub.
Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır.
Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur.
Verilişin informasiya tərəfdaşı Lent.az-dır.