Əməkdar artist Röya Ayxan ATV-də yayımlanan “Qadına görə” verilişinin qonağı olub.
Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni formada qalma sirrini açıqlayıb.
O bildirib ki, ac qalaraq arıqlayır: “Bir gün hər şey yeyirəm – xaş, piti. Səhəri isə ac qalıram. Mənim gözəllik sirrim məhəbbət, sevgidir. Burnumdan başqa heç bir plastik əməliyyat etdirməmişəm. Etdirənə pis baxmıram. 40 yaşıma çatanda yəqin etdirəcəm".
Özünü güclü qadın adlandıran Röya “Sevgilin var?” sualına belə cavab verib: “Sevgilim var. Ondan qarşılıqlı sevgi, enerji, hörmət görmüşəm. Hamı elə bilir, həyatımda hər ay, hər il yeni kimsə olur. Başa düşmürlər ki, tanındıqca qorxursan. Eyni zamanda da güclü qadınam. Məni güclü edən insanlara sevgim, inamımdır".
İfaçı qorxusundan da bəhs edib: “Ən böyük qorxum yaşlananda nə edəcəyimdi. Oturub düşünürəm ki, Hüseyn (oğlu – red.) böyüyəcək, evlənəcək, “evə gəl” deyəcəm, gəlməyəcək. Bunları fikirləşəndə qorxuram”.
R.Ayxan baxımsız qadınları bəyənmədiyini söyləyib: “Baxımsız qadınları sevmirəm, onlara əsəbiləşirəm. Evdə olsan belə, özünə baxmalısan. Ətrafımda belə qadınlar var, onlarla həmişə dava edirəm”.