Yerli şou biznesin pop divası Aygün Kazımova və superstar Rəhim Rəhimli növbəti dəfə yayın ən unudulmaz konsert proqramlarından birini təqdim etməyə hazırlaşır.
Lent.az-ın məlumatına görə, şou biznesin divası və superstarı ilk dəfə olaraq "Şou Aygün Rəhimli" adlı birgə verəcəyi konsert üçün maraqlı proqram hazırlayır. Bu səbəbdən konsertin şamplena alınması üçün səbəbkarlar ətrafına peşəkar heyət toplayıb. Konsertin rejissorluğu Anar Hüseynov və Aynurə Səmədovaya həvalə olunub. Konsert paytaxtın dəniz sahili ailəvi istirahət və əyləncə məkanı olan "Dalğa beach"də baş tutacaq. Konsert "Şou Aygün Rəhimli" adlanır. Konsertdə müğənnilər hit mahnılarını səsləndirməklə yanaşı, son mahnılarını ifa edəcəklər. Cütlük eyni zamanda birlikdə ifa etdikləri yeni duetlərini də eksklüziv olaraq məhz bu konsertdə oxuyacaqlar.
Cütlüyün ifa etdikləri duet "Hər şey düzələr" adlanır. Mahnının musiqisi Rəhim Rəhimliyə, sözləri isə Azər Şirinə aiddir. Mahnının aranjimanı Ramin Vəlibəyova, səs rejissoru və düzənləməsi isə İsmayıla məxsusdur. Səhnədə hər iki ulduzu Oksana Rəsulovanın və Nailə xanımın rəhbəri olduğu böyük rəqs trupbası müşaiyət edəcək.
Bütün bunlarla yanaşı, hər iki ifaçı üçün möhtəşəm səhnə və dekorasiya da qurulur. "Şou Aygün Rəhimli"də tamaşaçılara bir sıra eksklüzivlər və sürprizlər təqdim olunacaq. "Şou Aygün Rəhimli" adlı konsert avqust ayının 20-si saat 21:00-da "Dalğa Beach"də baş tutacaq. Tələsin! Dalğaya ulduz dalğası gəlir!